Məqalələr

Vaxtı ötmüş hamiləlik nədir?

Vaxtı ötmüş hamiləlik nədir?


Təxmini doğuş vaxtı nədir?

 

Körpənizin doğulacağı tarix - təxmini doğuş vaxtı - son menstruasiya tarixinin ilk günündən hesablanır. Təxmini doğuş vaxtı hamiləliyin gedişatını yoxlamaq və dölün böyüməsini izləmək üçün bələdçi kimi istifadə olunur.


Təxmini doğuş vaxtı necə müəyyən edilir?

Təxmini doğuş vaxtını təsdiqləmək üçün çox vaxt ultrasəs müayinəsindən istifadə olunur. Mama-ginekoloqunuz ultrasəs müayinəsində qeyd olunan vaxt və son aybaşı tarixinə əsasən təxmini doğuş vaxtını hesablayır. Təxmini doğuş tarixi müəyyən olunduqdan sonra hamiləliyiniz müddətində neçə dəfə ultrasəs müayinəsindən keçməyinizdən asılı olmayaraq, bu vaxt dəyişmir.


Vaxtı ötmüş (postterm) hamiləlik nədir?

Hamiləliyin orta müddəti son aybaşı tarixinin ilk günündən hesablanan 280 gün və ya 40 həftədir. 41 həftədən 42 həftəyə qədər davam edən hamiləliyə "gecikmiş hamiləlik", 42 həftədən çox davam edən hamiləliyə "vaxtı ötmüş və ya postterm" hamiləlik deyilir.


Vaxtı ötmüş hamiləliyə nə səbəb olur?

Vaxtı ötmüş hamiləliyin səbəbləri məlum deyil, lakin postterm hamiləlik riskini artıra biləcək bir neçə amil var. Bu amillərə aşağıdakılar daxildir:

·Bu sizin ilk hamiləliyinizdir;

·Siz oğlan uşağına hamiləsiniz;

·Əvvəllər postterm hamiləliyiniz olub;

·Sizin piylənməniz var.


Postterm hamiləliklə bağlı risklər nələrdir?

Əgər hamiləlik gec müddətli və ya postterm olarsa, sizin və körpənizin sağlamlığı təhlükə altına düşə bilər, lakin problemlər yalnız az sayda postterm hamiləlikdə baş verir. Vaxtından sonra doğuş edən qadınların əksəriyyəti fəsadsız doğuş keçirir və sağlam körpələr dünyaya gətirir. Postterm hamiləlik ilə əlaqəli risklərə aşağıdakılar daxildir:

·Ölü döl;

·Makrosomiya (iri döl);

·Döldə gecikmə əlamətləri;

·Doğuşdan sonra ciddi tənəffüs problemlərinə səbəb ola bilən dölün ağciyərlərində mekonium (dölün ilk nəcisi)

·Göbək ciyəsinin sıxılmasına və dölə oksigen axınının məhdudlaşmasına səbəb ola biləcək dölyanı mayenin azalması.


Digər risklərə yardımlı vaginal və ya kesar ilə doğuş şansının artması daxildir. Hamiləliyiniz son tarixdən keçdikdə infeksiya və doğuşdan sonra qanaxma ehtimalı da yüksəklir.


Postterm hamiləlikdə nə vaxt test olunmalıyam?

40 həftədən 41 həftəyə qədər olan hamiləlik mütləq test tələb etmir, lakin 41-ci həftədə ginekoloqunuz test tövsiyə edə bilər. Bu testlər həftədə bir və ya iki dəfə edilir. Eyni testin təkrarlanması və ya başqa bir testin aparılması tələb oluna bilər. Testin nəticələrinə əsasən doğuş qərarı alınır.


Kardiotokoqrafiya (KTQ) nədir?

Dölün vəziyyətini qiymətləndirmək üçün kardiotokoqrafiya və ultrasəs müayinəsindən istifadə edir. KTQ zamanı ötürücülərisaxlamaq üçün qarnınızın ətrafına iki kəmər yerləşdirilir. Bu ötürücülər dölün ürək vurğularını və uşaqlığın yığılma tezliyini ölçür. Aparılan testlərə qeyri-stress testi, biofiziki profilin qiymətləndirilməsi və sancı stress testi daxildir.


Qeyri-stress (nonstress) test nədir?

Nonstress test (NST) zamanı müəyyən bir müddət ərzində - adətən 20 dəqiqə ərzində dölün ürək döyüntüləri ölçülür. 20 dəqiqəlik müddət ərzində iki və ya daha çox dölün ürək döyüntüsünün sürətlənməsi (akselerasiya) baş verərsə, nəticə reaktiv və ya "qənaətbəxş” sayılır. Reaktiv nəticə o deməkdir ki, hələlik heç bir problem yoxdur. Qeyri-reaktiv nəticə 40 dəqiqəlik müddətdə kifayət qədər akselerasiyanın aşkar edilmədiyi bir nəticədir. Testin bu nəticəsi dölün yuxuda olduğunu göstərə bilər. Əgər bu baş verərsə, test 40 dəqiqə daha davam edilir və ya ana qarnına verilən müəyyən səslərlə döl hərəkət etmək üçün stimullaşdırılır. Qadının qəbul etdiyi müəyyən dərmanlar da qeyri-reaktiv nəticəyə səbəb ola bilər. Bu, həmçinin dölün kifayət qədər oksigen almamasının göstəricisidir. Qeyri–reaktiv nəticə zamanı digər testlərdən istifadə etməklə daha ətraflı müayinə aparmaq lazımdır.

Biofiziki profil nədir?

Dölün biofiziki profili (BFP) dölün ürək döyüntələrinin monitorinqi və ultrasəs müayinəsini əhatə edir. Digər testlərin nəticələri qane etmədikdə biofiziki profil qiymətləndirilir. Dölün vəziyyətini qiymətləndirmək üçün aşağıda göstərilən 5 göstəricidən istifadə edilir:

1.Dölün ürək döyüntüsu;

2.Dölün tənəffüs hərəkətləri;

3.Dölün bədən hərəkətləri;

4.Dölün əzələ tonusu;

5.Amniotik mayenin miqdarı.

Beş göstəricinin hər birinə 0 və ya 2 bal, cəmi 10 bal verilir.


Biofiziki profilin nəticələri necə qiymətləndirilir?

8-10 bal yaxşı,6 bal şübhəli nəticə hesab olunur. Hamiləliyinizin həftəsindən asılı olmayaraq nəticəniz şübhəlidirsə,növbəti 12-24 saat ərzində başqa bir BFP testi keçmək və ya körpəni dünyaya gətirmək qərarına gələ bilərsiniz. 4 və ya daha az bal əlavə testlərə ehtiyac olduğunu bildirir. Bəzən bu, körpənin erkən və ya təcili doğuzdurulmasına gətirib çıxarır.

Nəticənin neçə olmasından asılı olmayaraq, kifayət qədər amniotik mayenin kəskin az olması testləri daha tez-tez aparmağa və ya hamiləliyin başa çatdırılmalısına göstəriş yaradır.


Sancı stress testi nədir?

Sancı stress testi uşaqlıq əzələsi yığıldıqda dölün ürək döyüntüsünün necə dəyişdiyini qiymətləndirir. Uşaqlığın yığılması üçün sizə venadaxili oksitosin verilir. Bir sancıdan sonra dölün ürək döyüntüsü azalmazsa, nəticə normaldır (mənfi). Bir neçə sancıdan sonra ürək döyüntüsünün azalması müsbət nəticədir. Nəticələr həmçinin qeyri-müəyyən (nəticələr aydın deyil) və ya qeyri-qənaətbəxş ola bilər (dəqiq nəticə əldə etmək üçün kifayət qədər sancılar olmamışdır). Nəticələr həkim tərəfindən qiymətləndirilməlidir.


Doğuşun induksiyası nədir?

Hamiləliyiniz 41 həftəyə çatarsa, doğuşun induksiyası tövsiyə edilə bilər. Dərman və ya digər üsullardan istifadə edərək induksiya aparılır. Doğuşun baş verməsi üçün uşaqlıq boynu yumşalmağa başlamış olmalıdır. Buna uşaqlıq boynunun yetişkənliyi deyilir. Bu prosesi başlamaq üçün dərmanlar və ya digər üsullardan istifadə edilə bilər.


Doğuş necə induksiya olunur?

Doğuşun induksiyası üsullarına aşağıdakılar daxildir:


·Amniotik qişanın soyulması və ya sürüşdürülməsi – Həkiminiz və ya akuşeriniz əlcəkli barmağını su kisəsini uşaqlığın divarına birləşdirən nazik qişaların üzərindən sürüşdürür.

·Amniotik kisənin yırtılması – Həkiminiz və ya akuşeriniz dölyanı mayeni buraxmaq üçün amniotik kisədə kiçik bir deşik açır ("amniotomiya”).

·Oksitosin - venadaxili sistem şəklində vurula bilər. Bu, uşaqlığın yığılmasına səbəb olur. Doza zamanla yavaş-yavaş artırılır və ciddi nəzarət olunur.

·Prostaglandin analoqları - Bunlar uşaqlıq boynunu yetişdirmək üçün çox zaman vaginal istifadə olunan dərman qrupudur.

·Uşaqlıq boynunu yetişdirən balon –mama-ginekoloqunuz uşaqlıq boynunu mexaniki şəkildə genişləndirmək və doğuşun başlanmasına kömək etmək üçün xüsusi balondan istifadə edə bilər.


Doğuşun induksiyasının riskləri nələrdir?

Doğuş induksiyasının riskləri arasında dölün ürək döyüntüsünün dəyişməsi, infeksiya və uşaqlığın çox güclü yığılması ola bilər. Bu proses boyunca siz və körpəniz ciddi həkim nəzarəti altında olur. Başqa bir ehtimal, doğuş induksiyasının effektsiz olmasıdır. Bu halda induksiyanı təkrarlamaq məcburiyyəti yaranır. İstənilən nəticə alınmadıqda yardımlı vaginal doğuş və ya kesar əməliyyatına ehtiyac yarana bilər.

 


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.




Cavab ver
  • 22 мая 2024 23:48
Hi there

Just checked your histeroskopiya.az baclink profile, I noticed a moderate percentage of toxic links pointing to your website

We will investigate each link for its toxicity and perform a professional clean up for you free of charge.

Start recovering your ranks today:
https://www.hilkom-digital.de/professional-linksprofile-clean-up-service/

Regards
Mike Lewis
Hilkom Digital SEO Experts
https://www.hilkom-digital.de/

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Кликните на изображение чтобы обновить код, если он неразборчив