Məqalələr

Yumurtalıq kistləri nədir? Necə yaranır? Necə müalicə edilir?

Yumurtalıq kistləri nədir? Necə yaranır? Necə müalicə edilir?

Yumurtalıq kistləri çox tez-tez rast gəlinən patologiyadır və adətən ciddi narahatlıq yaratmır. Ancaq bəzən böyüyə və ya zamanla geriyə sorulmaya bilər ki, belə hallarda tibbi müdaxiləyə ehtiyac duyulur.

Yumurtalıq kisti nədir?

Yumurtalıq kistləri yumurtalıqlar üzərində yerləşən mayeli törəmələrdir. Yumurtalıq kistlərinin əksəriyyəti kiçik ölçülü olur, lakin müxtəlif ölçülərdə yumurtalıq kistlərinə rast gəlmək mümkündür.

Yumurtalıq kistlərinə kimlərdə rast gəlinir?

Yumurtalıqları olan insanların əksəriyyətində həyatının müəyyən bir dövründə kistlər rast gəlinə bilər. Aşağıdakı hallarda yumurtalıq kistlərinin əmələ gəlmək ehtimalı daha yüksəkdir, əgər:

·Aybaşı olursunuzsa;

·Hamiləsinizsə;

·Endometriozunuz varsa;

·Polikistik yumurtalıq sindromu (PCOS) varsa;

·Kiçik çanağın iltihab xəstəliyi varsa;

·Əvvələr yumurtalıq kistləri olubsa;

·Sonsuzluq müalicəsi üçün müəyyən dərmanlar qəbul edirsinizə.

Menopauzada olan qadınlarda yumurtalıq kistlərinə daha az rast gəlinir. Ancaq postmenopauzal dövrdə yumurtalıq kistilərinin yumurtalıq xərçənginə çevrilmə riski daha yüksəkdir. Buna baxmayaraq, yumurtalıq xərçəngi hər yaşda olduqca nadirdir.

Yumurtalıq kistlərinə nə səbəb olur?

Yumurtalıq kistlərinin ən çox yayılmış növləri ovulyasiya zamanı əmələ gələnlərdir. Yetişmiş follikul partlamırsa və ya partaladıqdan sonra sorulmursa, sonradan kistə çevrilə bilər.

Digər səbəblər:

 

·Əgər endometriozunuz varsa, yumurtalıq kistləri əmələ gələ bilər. Çünki uşaqlığın daxili qişasında olan toxumaya bənzər toxuma yumurtalıqlarınıza yapışaraq kistlər əmələ gətirə bilər.

·Əgər sizdə PCOS varsa, yumurtalıqlarınızda çoxlu kiçik kistlərin əmələ gəlməsinə səbəb olan hormonlar sintez edir.

·Əgər reproduktiv orqanlarınızda infeksiya varsa və infeksiya yumurtalıqlarınıza yayılırsa, bu kistlərə səbəb ola bilər.

·Əgər hamiləsinizsə, orqanizminizdə plasenta əmələ gələnə qədər hamiləliyi dəstəkləmək üçün yumurtalıqda kistlər yarada bilən yüksək miqdarda hormonlar sintez olunur. Adətən kistlər plasenta əmələ gəldikdən sonra yox olur, əks haldaonlar problem yarada bilər.

·Bəzi insanlarda yumurtalıq toxuması üzərində olan anadangəlmə toxumalar kistə səbəb olur. Onların daxilində yağ hüceyrələri, saçlar, dişlər, dəri və sümük kimi yumurtalığa aid olmayan toxumalar ola bilər. Simptomlara səbəb olmadıqca, siz bu kistlərin varlığından xəbərdar olmursunuz.

Nadir hallarda yumurtalıq kistləri bədxassəli olur. Buna yumurtalıq xərçəngi deyilir və daha çox yaşlı insanlarda rast gəlinir.

Yumurtalıq kistlərinin hansı növləri var?

Funksional kistlər. Normal menstrual tsikl zamanı demək olar hər ay yumurtalıqlarınızda işərisində yumurta hüceyrə olan bir follikul partlayır və içərindən yumurta hüceyrə xaric olur (ovulyasiya). Yumurta hüceyrə xaric olduqdan sonra follikul nəhayət kiçilir və yox olur.

Bəzən follikul partlamır. Bunun əvəzinə böyüməyə davam edir, maye ilə dolur və follikulyar kistə çevrilir. Bəzi hallarda isə, follikul ovulyasiyadan sonra kiçilmir, əksinə böyüməyə davam edir və maye və ya qanla dolur. Buna sarı cisim kisti deyilir.

Bu kistlər tez-tez rast gəlinir və adətən 2-3 ay ərzində yox olur. Kist olan müddətdə, menstruasiya vaxtında baş verməyə bilər. Kist sorulduqdan sonra menstruasiya normala qayıdır.

 

Endometrioma. "Şokolad kistləri" olaraq da bilinən bu törəmələr endometriozdan qaynaqlanır və uşaqlığın selikli qişasından olan hüceyrələr yumurtalıqlara yapışarsa inkişaf edə bilər. Menstruasiya zamanı bu ləkələr qanayır və qanla dolu kistlər əmələ gətirir. Bu kistlərin ölçüləri böyük ola bilər, lakin bədxassəli deyil. Bəzi endometriomalar ağrı və ya təzyiq hissinə səbəb olur. Onlar həmçinin hamilə qalmağınızı çətinləşdirə bilər.

Dermoid kist. Bunların tərkibində saç, yağ, dəri, diş və sümük kimi müxtəlif toxumalar ola bilər. Çox yavaş böyüyürlər və bədxassəli deyillər.

Sistadenoma. Bu kistlər sulu və ya selikli maye ilə dolu olur. Böyük ölçülərə çata bilərlər, lakin bədxassəli deyillər.

Yumurtalıq xərçəngi. Bədxassəli kistlərmenopauzadan əvvəl nadir rast gəlinir, bir neçə növü vardır.

Yumurtalıq kistlərinin əlamətləri hansılardır?

Yumurtalıq kistlərinin adətən ölçüləri çox kiçik olur, simptomları olmur və öz-özünə geriyə sorulur.

Bəzən xoşxassəli (xərçəng olmayan) yumurtalıq kistləri kifayət qədər böyük ola bilər ki, onlar aşağıdakı simptomlara səbəb olur:

·Qarnınızda və ya çanağınızda şişkinlik, gedib-gələn küt və ya kəskin ağrı, təzyiq hissi;

·Tez-tez sidiyə getmək istəyi;

·Sidiyə və ya nəcisə getməkdə çətinlik;

·Cinsi əlaqə və ya menstruasiya zamanı ağrı;

·Ürəkbulanma və qusma;

·Anormal uşaqlıq qanaxması;

·Səbəbsiz çəki artımı;

·Süd vəzisində həssaslıq.

Beləliklə, yumurtalıq kistinin hansı ölçüsü təhlükəlidir? Təhlükəli olan dəqiq ölçü yoxdur. Əhəmiyyətli olan, onun sizi narahat edən simptomlara səbəb olub-olmaması və xərçəng olub-olmamasıdır.

Əgər sizi narahat edən simptomlar varsa, klinikamıza müraciət edib müayinədən keçə bilərsiniz.

Çox az rast gəlinsə də, bəzən yumurtalıq kistləri partlaya və kəskin simptomlara səbəb ola bilər. Qarnınızın bir tərəfində qəfil, şiddətli ağrı hiss edirsinizsə, qusma, huşunu itirmə və ya hərarətiniz varsa, dərhal həkimə müraciət etməlisiniz.

Yumurtalıq kistinin olub olmadığını necə öyrənə bilərəm?

Müntəzəm tibbi müayinələr həkimlərə yumurtalıq kistlərini erkən diaqnostikasında kömək edir və lazım gələrsə, onları müalicə edir və ya cərrahi yolla xaric edirlər.

Əlamətlərə səbəb olmayan yumurtalıq kistləri profilaktik ginekoloji müayinələr zamanı aşkarlanır. Belə hallarda çox zaman "müşahidə taktikası” tətbiq olunur. Bu üsulun məqsədi, növbəti bir neçə ay ərzində hər hansı simptomların olub olmadığını müşahidə etməkdir. Həkiminiz kistin yox olub-olmadığını və ya böyüdüyünü öyrənmək üçün bir neçə aydan sonra başqa bir müayinə üsulu da tövsiyə edə bilər.

Yumurtalıq kisti partlayarsa nə baş verər?

Yumurtalıq kisti partlayırsa, bu təcili bir vəziyyətdir. Qarnınızda qəfil, şiddətli ağrı hiss edilə bilər. Şiddətli ağrı ilə yanaşı, güclü qanaxma həyati təhlükə yarada bilər.

Yumurtalıq kistiniz varsa və bir tərəfdə kəskin, şiddətli qarın ağrısı, başgicəllənmə, qızdırma, qusma və ya təngənəfəslik varsa, dərhal təcili yardıma zəng edin.

Yumurtalıq kistləri necə müalicə olunur?

Yumurtalıq kistlərinin qarşısını almaq üçün edəcəyiniz bir şey yoxdur, lakin müalicəsi mümkündür. Menstruasiya görən qadınların təxminən 8% -ində müalicəyə ehtiyacı olan kistlər əmələ gəlir.

Medikamentoz: Əgər sizdə təkrarlanan və sizi narahat edən yumurtalıq kistləri əmələ gəlirsə, həkiminiz doğum kontrol həbləri təyin edə bilər. Hormonal dərmanlar ovulyasiyanı dayandırır və kistlərin əmələ gəlmə ehtimalı aşağı düşür. Sizə həmçinin reseptlə və ya reseptsiz ağrıkəsici dərmanlar da tövsiyə edilə bilər.

Cərrahi: Əgər simptomları olan və ya bədxassəli törəməyə çevrilmə ehtimalı olan böyük bir kistiniz varsa, həkiminiz onu xaric etmək üçün cərrahiyyə tövsiyə edə bilər. Əgər hamiləsinizsə və yumurtalığınızda cift əmələ gəldikdən sonra sorulmayan kist varsa, əməliyyata ehtiyacınız ola bilər. Ümumiyyətlə yumurtalıq kistlərinin müalicəsi üçün cərrahiyyə laparoskopikdir, ona görə ki, bu üsul daha az invaziv və çox təhlükəsizdir. Kist xaric edildikdən sonra histoloji müayinəyə göndərilir. Bu müayinənin yumurtalıq xərçənginin aşkarlamasında çox böyük əhəmiyyəti vardır.

 


 

 

 


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.



  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Кликните на изображение чтобы обновить код, если он неразборчив