Məqalələr

Klimaks (Menopauza) ilə bağlı ən çox verilən 5 sual

Klimaks (Menopauza) ilə bağlı ən çox verilən 5 sual

Qadınlar menopauza dövrünü (aybaşıdan kəsilmə) qarışıq emosiyalarla qarşılayırlar. Onlar bəzən bu yaş dövründə fiziki və emosional olaraq yaşadıqlarından narahat olurlar. Onu qeyd etmək lazımdır ki, menopauza əvvəllər hiss etdiyiniz heç bir şeyə bənzəmir və keçid bir neçə il davam edə bilər.

Bir mama-ginekoloq olaraq, həyatın bu dövrü ilə bağlı fərqli suallar eşidirəm. Mənə verilən ilk beş sual və cavablarım bunlardır:


1. Hormon müalicəsinə başlamalıyam?

Pasiyentlərhəm istibasmaları azaltmaq üçün hormon terapiyasına başlamağa meyllidirlər, həm də internetdə oxuduqları məlumatlara görə bundan ehtiyatlanırlar.

Etiraf etmək lazımdır ki, müxtəlif mənbələrdə hormon müalicəsi zamanı infarkt, süd vəzi xərçəngi və s. risklərin artması haqqında çoxsaylı qorxuducu məlumatlar var. 2002-ci ilə qədər bu risklərlə bağlı aparılan tədqiqat işləri məhdud sayda idi. Sonralar aparılan tədqiqatlar bu risklərin o qədər də yüksək olmaması, hətta menopauza dövrünə daxil olan 50 və daha az yaşı olan qadınlarda hormon müalicəsinintəhlükəsiz olmasını sübut etmişdir.

Yenə də qadınlara ilk növbədə digər üsulları sınamağı məsləhət görürəm, xüsusən də istibasmalar üçün: düzgün geyinmək (çox qalın geyinməmək, lazım olduqda üstdən geyilən geyimi soyuna bilmək), portativ ventilyator gəzdirmək və soyuq içkilər qəbul etmək. Alkohol və kofein kimi istibasmalar səbəb ola biləcək qida və içkilərdən çəkinin. Artıq çəkinin atılması, siqaret istifadəsi varsa, dayandırılması əlamətlərin azaldılması üçün fayadlı olacaqdır. İstibasmaları azaltmaq üçün yaxşı üsullardan biri də meditasiya ilə məşğul olmaqdır.

Bu konservativ tədbirlər və həyat tərzi dəyişiklikləri fayda vermədikdə, hormon terapiyasını nəzərdən keçiririk. Bəzi antidepresanlar da istibasmalarda yararlı ola bilər.

2.Menopauza cinsi həyatıma necə təsir edəcək?

 

Bu, xəstələrimin adətən gündəmə gətirməkdə tərəddüd etdikləri bir mövzudur - başa düşüləndir, çox şəxsidir.

Menopauza zamanı hormonların dəyişməsi vaginal quruluğa səbəb ola bilər ki, bu da cinsi əlaqə zamanı ağrıya gətirib çıxarır. Bu ağrıya görə, bəzən qadınlar cinsi əlaqəyə girməkdən imtina edirlər.

Bu problemin həllində vaginal nəmləndiricilər və yağlarfaydalı ola bilər. Bunlar kömək etmirsə, yerli və ya ağızdan qəbul edilən dərmanlar haqqında ginekoloqunuzla məsləhətləşin.

Bu kimi problemlərin meydana çıxması sizi cinsi əlaqədən tam imtina etməyə vadar etməsin. Bir az köməklə hər şeyi qaydasına qoymaq mümkündür.

3. Meydana çıxan əlamətləri aradan qaldırmaq üçün təbii qida əlavələri qəbul etməliyəmmi?

Menopauza dövründə istibasmaları aradan qaldıran, yuxunu yaxşılaşdıran, hormonları normallaşdıran bitki tərkibli dərmanların reklamlarını yəqin ki, tez-tez eşidirsiniz.

Fakt budur ki, təhlükəsizlik və ya effektivlik baxımından bir neçə bitki və bitki mənşəli əlavələr tədqiq edilmişdir. Lakin, satışda olan və adətən reseptsiz satılan dərmanlar üzərində nəzarət kifayət qədər deyil. Bu dərmanların bəzilərinin tərkibində təhlükəli səviyyələrdə estrogen, progesteron və yatestosteron ola bilər. Ona görə də, reklamlara aldanmayaraq qəbul edəcəyiniz dərmanı həkim məsləhəti ilə seçməyiniz daha doğru olar.

4. İllərdir aybaşı olmuram, profilaktik ginekoloq müayinəsinə ehtiyacım varmı?

Bəli, yaşınızdan asılı olmayaraq hələ də ildə bir dəfə müayinə olunmalısınız. Artıq hamiləlik və doğuşla bağlı xidmətə ehtiyacınız olmaya bilər, lakin ginekoloji müayinə qadın sağlamlığının bütün sahələrini əhatə edir. Xərçəng və CYYİ (cinsi yolla yoluxan infeksiyalar) üçün skrininqdən tutmuş cinsi əlaqə və sidik qaçırma ilə bağlı narahatlıqların müzakirəsinə qədər, illik müayinəniz cinsi və reproduktiv sağlamlığınızın bütün aspektlərini əhatə edə bilər.

5. Menopauzadan sonra hələ də Pap test və mamoqrafiya müayinələrinə ehtiyacım varmı?

Bu sualın cavabı da "bəli”dir. İnsan papillomavirusu (HPV) kimi uşaqlıq boynu xərçəngi üçün risk faktoru olmadıqda, 65 yaşa qədər Pap testləri davam etdirmək tövsiyə olunur. Hətta histerektomiya (uşaqlığın xaric edilməsi) keçirmiş qadınların hələ də müayinəyə ehtiyacı ola bilər.

 

Mammoqrafiya müayinəsini süd vəzi xərçəngi riski aşağı olan qadınların əksəriyyəti 75-də dayandıra bilər. Hər bir halda siz ginekoloqunuzla bu müayinələr barəsində birgə müzakirə etməli, nə zaman və nə qədər aralıqlarla müayinə olunacağınız barədə razılaşmalısınız.

Əmin olun ki, menopauza həyatın yeni və fərqli bir mərhələsi olsa da, digər dövrlər kimi təbiidir. Açıq ünsiyyət ilə siz simptomlarınızla bağlı yarana biləcək hər hansı narahatlığı həll edə və lazım olan yardımı ala bilərsiniz.


 


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.




Cavab ver
  • 20 февраля 2024 14:41
https://bit.ly/3NvpST9 Huge selection!

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Кликните на изображение чтобы обновить код, если он неразборчив