Məqalələr

Hamiləlik müddətində qidalanmanın xüsusiyyətləri

 

Hamiləlik müddətində qidalanmanın xüsusiyyətləri

Hamiləlik dövründə düzgün qidalanma niyə vacibdir?

Hamiləlik müddətində öz sağlamlığınız, körpənizin inkişafı və sağlamlığı üçün düzgün qidalanmaq vacibdir. Normal qidalanma hamiləlik irəlilədikcə orqanizmin artmış təlabatının ödənilməsini asanlaşdırır. Balanslaşdırılmış qida qəbulu dölün hamiləliyin həftəsinə uyğun inkişafına və normal çəkini saxlamağa kömək edir.

Hamiləlik zamanı qəbul edilən qidanın miqdarı nə qədər olmalıdır?

Xalq arasında "Hamiləlik zamanı iki nəfərin yerinə yemək lazımdır” deyimi məşhurdur. Hal- hazırda isə, tibb elmi bunun əksini iddia edir, belə ki, hamilə qadınların həddindən çox yeməsi onun sağlamlığı üçün təhlükəli ola bilər. Hamilə qadınların ikiqat çox qidalanması deyil, ikiqat daha keyfiyyətli qidalanmaları daha doğru olardı.

Tək döllü hamiləlikdə hamiləliyin ikinci üçaylığından başlayaraq hər gün əlavə 340 kalori lazımdırsa, son üç ayda bu təlabat bir az daha artır. Əkiz hamiləlikdə əlavə olaraq təxmini 600 kalori, üçəmlərdə 900 kaloriyə ehtiyac duyulur.

Vitamin qəbulu vacibdirmi?

Vitaminlər və minerallar orqanizmin bütün funksiyalarında mühüm rol oynayır. Sağlam qidalanmağımıza baxmayaraq, həyatımızın bəzi dövrlərində qidalardan aldığımız vitamin və minerallar orqanizmin ehtiyacını tam ödəyə bilmir. Hamiləlik də məhz həmin dövrlərdən biridir.

Hər gün nə qədər vitamin qəbul etməliyəm?

Vitamin və minerallar içlik vərəqində tövsiyə olunan doza qədər içilməlidir. Əgər hamiləliyi aparan ginekoloq əlavə təyinata ehtiyac duyarsa, bunu reseptdə qeyd edir və dərman yazılan şəkildə qəbul edilir.

Yüksək doza vitamin qəbulunun fəsadları varmı?

Vitaminləri tövsiyə olunan dozadan artıq qəbul etmək olmaz. Bəzi vitaminlərin (məsələn A vitamini) yüksək dozada qəbulu döldə qüsurlara səbəb ola bilər.

Hamiləlik müdətində hansı vitamin və minerallara daha çox ehtiyac var?

Hamiləlik zamanı fol turşusu, dəmir, maqnezium, kalsium, D3 vitmini, omega-3 yağ turşuları, B qrup vitaminləri, C vitamini kimi vitamin və minerallara təlabat yaranır.

Fol turşusu nədir?

Folat olaraq da tanınan fol turşusu (B9 vitamini), hamiləlik dövründə böyük əhəmiyyətə malik olan vitaminlərdən biridir. Fol turşusu sinir borusu defektlərinin qarşısını alaraq dölün baş və onurğa beyinində ciddi qüsurların yaranamasının önünüə keçir.

Fol turşusunun gündəlik dozası nə qədər olmalıdır?

Hamilə olduğunuz zaman hər gün 600 mkq fol turşusu lazımdır. Bu qədər fol turşusunu təkcə qidadan almaq çətin olduğundan, hamiləlikdən ən azı 1 ay əvvəl başlayaraq və hamiləliyin ilk 12 həftəsi ərzində minimum 400 mkq gündəlik doza folat qəbul etmək lazımdır.

Əgər əvvəlki hamiləliklərdən sinir borusu defekti olan uşaq doğulubsa, hamiləlikdən ən azı 3 ay əvvəl və hamiləliyin ilk 3 ayı ərzində hər gün 4 mg (milliqram) fol turşusu qəbul etmək lazımdır. Lakin bu qərar, həkimlə müzakirə edildikdən sonra verilməlidir.

Hamiləlik müddətində dəmirin qəbulu nə üçün vacibdir?

Hamiləlik zamanı sizin və körpənizin ehtiyacına uyğun olaraq dövr edən qanın miqdarı artır, bu da dəmirə olan təlabatı yüksəldir. Hamilə olmadıqda hər gün 18 mq dəmir lazımdırsa, hamiləlik zamanı bu miqdar 27 mq-dır.

Tərkibində dəmir olan prenatal vitamin qəbul etməklə yanaşı, lobya, mərcimək, mal əti, hinduşka, qaraciyər və krevetka kimi dəmirlə zəngin qidalara üstünlük verilməlidir. Portağal, qreypfrut, çiyələk, brokoli və bibər kimi meyvə və tərəvəzlər dəmirin sorulması və orqanizm tərəfindən mənimsənilməsinə kömək edən qidalardır.

Hamiləlik müddətində hər ay rutin qan analizləri götürülür. Bu analizlər zamanı anemiya olduğu aşkarlanarsa, həkiminiz əlavə dəmir preparatları tövsiyə edə bilər.

Hamiləlik dövründə niyə maqneziuma ehtiyacınız var?

Orqanizmdə demək olar ki, hər bir sistem və inkişaf etməkdə olan körpənin orqanizmi maqneziuma ehtiyac duyur. Bu mineral sinir və əzələlərin fəaliyyətində mühüm rol oynayır və qan təzyiqini normal saxlamağa kömək edir. O, həmçinin körpənin güclü dişləri və sümüklərinin yaranmasında əhəmiyyət kəsb edir.

Bunlardan əlavə, tədqiqatlar göstərir ki, hamiləlik zamanı adekvat maqnezium qəbulu erkən doğuş və digər hamiləlik fəsadlarının qarşısını almağa kömək edə bilər.

Kalsium nədir və hansı qidaların tərkibində var?

Kalsium, körpənin sümükləri və dişlərinin "tikinti materialıdır”. Böyüklərdə kalsiuma günlük təlabat 1000 mq-dır.

Süd və süd məhsulları, məsələn, pendir və qatıq kalsiumun ən yaxşı mənbəyidir. Əgər süd məhsullarını həzm etməkdə çətinlik çəkirsinizsə, kalsiumu digər mənbələrdən, məsələn, brokoli, badam, küncüt, balıq və tünd yaşıl yarpaqlı tərəvəzlərdən əldə edə bilərsiniz. Siz həmçinin hamiləliyin ikinci üçaylığından həkiminizin təyin etdiyi kalsium əlavələrini qəbul etməklə də günlük ehtiyacınızı qarşılaya bilərsiniz.

Hamiləlik müddətində D vitamini qəbulu vacibdirmi?

D vitamini kalsium və magneziumla birlikdə dölün sümüklərinin və dişlərinin inkişafında mühüm rol oynayır.. D vitamini sağlam dəri və görmə üçün də vacibdir. Hamilə olub-olmamağınızdan asılı olmayaraq, gündə 600 BV D vitamini lazımdır. Analizlərdə D vitamini çatışmazlığı və ya defisiti aşkarlanarsa həkimin təyin etdiyi dozanı qəbul etməlisiniz.

D vitamini süd, səhər yeməyi taxılları, yağlı balıqlar (somon və skumbriya), balıq qaraciyəri yağları və yumurta sarısı və s. qidalarda zəngindir.

Hamiləlik zamanı suyun qəbulu nə qədər olmalıdır?

Hamiləlik zamanı kifayət qədər su qəbul etmək çox vacibdir. Ona görə də, yalnız susadığınız zaman deyil, gün ərzində müəyyən zamanlarla su içməlisiniz. Hamiləlik dövründə gündə 8-12 stəkan su içmək lazımdır.

 


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.



  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Кликните на изображение чтобы обновить код, если он неразборчив