Məqalələr

Hamiləlik müddətində qadın orqanizmində baş verən dəyişikliklər

Hamiləlik müddətində qadın orqanizmində baş verən dəyişikliklər
Hamiləlik zamanı qadın orqanizmində baş verən bütün dəyişikliklər hamiləliyin saxlanması,başa çatdırılması və uşağın dünyaya gətirilməsinə yönəlmişdir. Bu zaman demək olar ki,hər bir orqan və sistemdə müəyyən dəyişiklik baş verir ki,bunlar orqanizmin yeni vəziyyətə adaptasiya olunmasından irəli gəlir.

Hamiləlikdə oqanizmdə baş verən dəyişikliklər təbii proses olsa da, ananın bütün orqan və sistemlərinin işi əhəmiyyətli dərəcədə artır.Sağlam qadın rejimini və qidalanmasını düzgün şəkildə təşkil edərsə,adətən bu vəziyyətin öhdəsindın asnlıqla gəlir.

Hamiləlik müddətində bütün həyati prosesləri tənzimləyən mərkəzi sinir sistemində dəyişikliklər gedir.Nəticədə onurğa beyninin oyanıqlığı azalır,bu da uşaqlıq əzələsinin yumşalmasına səbəb olur.

Hamilə orqanizmində yeni endokrin vəzilərin əmələ gəlməsi nəticəsində hamiləliyin saxlanmasını və inkişafını təmin eden hormonlar sintez olunmağa başlayır.

Əsas nəzərə çarpacaq dəyişiklik qadın cinciyyət orqanlarında baş verir.Xüsusən uşaqlığın ölçüsü xeyli artır.Belə ki,hamilə olmayan qadında 70q çəkisi olan uşaqlıq,hamiləliyin axırında 1100 q-a qədər artır.Həmçinin divaraları da qalınlaşır.

Ümumi dövr edən qanın həcminin 40-50% artması, ürək damar sisteminin də yükünü xeyli artırır.Bu zaman ürək vurğuları artır,fizioloji taxikardiya əmələ gəlir.

Sidikçıxarıcı sistem hamiləlik müddətində ana ilə yanaşı, dölün də mübadilə məhsullarını xaric edir.Ona görə də,təbii olaraq daha aktiv işləməyə başlayır.

Hamiləlik müddətində hormonların təsirindən mədə-bağırsaq traktının tonusu azalır.Həmçinin, hamiləlik irəlilədikcə, böyümüş uşaqlığın mədəyə mexaniki təsiri nəticəsində, həzm funksiyasında pozğunluq müşahidə olunur.

Hormonların təsirindən və mexaniki dartılma ilə əlaqədar qarının ön divarında hamiləlik xəttləri əmələ gələ bilər.Melanin piqmentinin aktivləşməsi üzdə,süd vəzisində,cinsiyyət orqanlarında, qarının ön divarında piqmentasiyanı artırır.

Nəzərəçarpan dəyişikliklərdən biri də, hamilənin bədən kütləsinin dəyişməsidir.Birinci üçaylıqda 1kq, ikinci və üçüncü üçaylıqlarda isə, 5 kq artma ola bilər.Hamiləliyin axırına qədər 10-12kq kilo artımı normal hesab olunur.Hamiləlikdən əvvəl artıq çəkiyə malik olan qadınlar, çəkinin çox artmamasına diqqət etməlidirlər.

Hamilə qadın, orqanizmində baş verən bütün bu dəyişikliklərə ilk növbədə psixoloji cəhətdən hazır olmalıdır.Hamiləlik müddətinin və doğuşun normal keçməsində qadının psixoloji vəziyyətinin çox mühüm rolu var.Hər bir hamilə qadın yaşadığı ərazidə olan qadın məsləhətxanasında qeydiyyata durmalı və burada keçirilən doğuşa psixoloji hazırlıq məşğələlərində iştirak etməlidir.Bu dövrdə qadının yaxın qohumları tərəfindən verilən dəstək də,bu həyəcanlı,məsuliyyət tələb eden dövrdə çox böyük əhəmiyyətə malikdir.