Doğuşdan sonra hamiləlikdən qorunmaq üçün ən doğru üsulu seçmək vacibdir. Müxtəlif metodlar – spirallar, implantlar, hormonal həblər və baryer üsulları – sizin sağlamlığınızı qoruyaraq arzuolunmayan hamiləliyin qarşısını alır.

Doğuşdan sonra kontrasepsiya niyə vacibdir

Doğuşdan sonra kontrasepsiya istifadə etməsəniz, tez bir zamanda yenidən hamilə qala bilərsiniz. Həkimlər hamiləliklər arasında ən azı 18 ay fasilə verməyi tövsiyə edir. Kontrasepsiya arzuolunmayan hamiləliyin qarşısını alır və ailə planlamasına imkan verir. Doğuşdan dərhal sonra müxtəlif metodlar tətbiq edilə bilər və həkimlər sizə uyğun üsulu tövsiyə edəcək.

Ovulyasiyanın bərpası

Süd verməyən qadınlarda ovulyasiya doğuşdan bir neçə həftə sonra başlaya bilər, süd verənlərdə isə adətən 6 aya qədər gecikir. Ovulyasiya baş verdikdən sonra hamilə qalmaq mümkündür, çünki aybaşı başlamadan da yumurtlama baş verir. Ovulyasiya adətən aybaşıdan 2 həftə əvvəl olur, bu səbəbdən aybaşı başlamadan da hamilə qalmaq mümkündür.

Doğuşdan sonra kontrasepsiya üsulunu seçmək

Doğuşdan əvvəl və ya doğuşdan dərhal sonra kontrasepsiya metodunu seçmək mümkündür. Həkimlər sizə uyğun metodları tövsiyə edir və xəstəxanada bu barədə məlumat verirlər. Doğuşdan sonra istifadə edilə bilən üsulların vaxtı və effektivliyi fərqli ola bilər. Zaman, südvermə və effektivlik kimi faktorlar seçim zamanı nəzərə alınmalıdır.

Laktasion amenoreya (süd verməklə hamiləlikdən qorunmaq)

Laktasion amenoreya üsulu süd vermə nəticəsində ovulyasiyanın gecikməsinə əsaslanır.  Üsulun effektiv olması üçün  əmizdirmələr arasında fasilə gündüz 4 saatdan, gecə isə 6 saatdan uzun olmamalıdır. Bu üsul yalnız 6 aya qədər və ya menstruasiya bərpa olunana qədər effektivdir. Aktiv əmizdirmə vacibdir və ona görə də, hər kəs üçün praktik olmaya bilər. Üstünlükləri təbii metod olması və  əlavə xərc tələb etməməsidir. Çatışmayan cəhətləri yalnız 6 ay və ya menstruasiya bərpa olunana qədər istifadə edilə bilməsi,uzun müddət və ya qeyri-aktiv əmizdirmə zamanı effektivliyinin az olmasıdır.

Uşaqlıqdaxili vasitələr və implantlar

Uşaqlığa yerləşdirilən T-formalı spirallar vaginal doğuş və ya kesar əməliyyatından sonra tətbiq edilə bilər. Mis spirallar 5-10 il, hormonal spirallar 3-8 il istifadə olunur. Spirallar hamiləliyin qarşısını alır, gündəlik həyata mane olmur, hormonal spirallar ağrı və qanaxmanı azalda bilər. Risklər arasında spiralın düşməsi, qanaxma, infeksiya və nadir hallarda travma var.

İmplantlar qolun dərisinin altına yerləşdirilən elastik çubuqlardır və 3 il müddətində hamiləliyi önləyir, cinsi və gündəlik həyata mane olmur, demək olar ki, bütün qadınlar istifadə edə bilər, lakin bəzi hallarda qanaxma, aybaşı nizamsızlığı, baş ağrısı, əhval-ruhiyyə dəyişiklikləri və sızanaqlar müşahidə oluna bilər.

Baryer üsulları

Baryer üsulları – prezervativ, spermisid, diafraqma, servikal qapaq və süngər – spermanın yumurtaya çatmasını əngəlləyir, infeksiyalardan qoruyur, hormonlara təsir etmir və rahat tapıla bilir, lakin bəzi hallarda vaginal qıcıqlanma, allergik reaksiyalar və diafraqma istifadə edənlərdə sidik yolu infeksiyası riski yarana bilər.

Kombinə edilmiş hormonal üsullar

Hormonal həblər, vaginal həlqələr, plastırlar və koklar estrogen və progestin tərkiblidir, yumurtlamanın qarşısını alır, menstruasiya ağrılarını azaldır, aybaşını nizamlamağa kömək edir və sızanaqları azaldır, koklar (kombinə edilmiş oral kontraseptivlər) həblər şəklində hər gün eyni vaxtda qəbul olunur və düzgün qəbulu əlavə kontrasepsiya tələb etmir,  riskləri DVT (dərin vena trombozu), insult, ürək-damar xəstəlikləri və baş ağrısı, ürəkbulanma, süd vəzisi həssaslığı kimi yan təsirləri ola bilər. Süd vermirsinizsə doğuşdan 3 həftə sonra istifadə edilə bilər, süd verirsinizsə isə qəbul edilən estrogenin südün sintezinə təsir göstərmə riski olduğundan, ilk 4-6 həftə ərzində süd vermə prosesi qaydasına düşənə qədər bu üsullardan qaçınmalısınız.

Yalnız progestin tərkibli üsullar

Mini-həblər və inyeksiyalar ovulyasiyanı əngəlləyir və uşaqlıq boynundakı seliyi qalınlaşdırır. Süd verən qadınlarda dərhal istifadə oluna bilər. Yan təsirləri baş ağrısı, ürəkbulanma və süd vəzi həssaslığı ola bilər. Həblərə menstruasiya tsiklinin istənilən günündə başlamaq mümkündür. Əgər qəbulu unutsanız, dərhal qəbul etməli və əlavə qorunma tədbirlərindən istifadə etməlisiniz.

Sterilizasiya

Qadınlarda uşaqlıq borularının bağlanması və kişilərdə vazektomiya qalıcı, 99%-dən çox effektiv kontrasepsiya üsuludur. Risklərə qanaxma və infeksiya daxildir. Bu üsul yalnız gələcəkdə hamiləlik istənilmədikdə tövsiyə olunur. Qadın sterilizasiyası doğuşdan dərhal sonra və ya bir neçə həftə keçdikdən sonra, adətən laparoskopik üsulla aparıla bilər.

 

Qadın sağlamlığınızı qorumaq və vaxtında müayinə olmaq üçün sizi qəbuluma dəvət edirəm.
Dr. Leyla Məmmədli mama-ginekoloq

WhatsApp ilə Əlaqə