Məqalələr

Diaqnostik histeroskopiya

Diaqnostik histeroskopiya

Diaqnostik histeroskopiya


Diaqnostik histeroskopiya uşaqlıq boşluğunun müxtəlif xəstəlik və patologiyalarının diaqnozunun qoyulmasında istifadə olunur. Bu müayinə üsulu həm ambulator şəraitdə yerli anesteziya ilə, həm də stasionar şəraitində ümumi anesteziya ilə aparıla bilər. Diaqnostik histeroskopiya adətən menstruasiyanın 6-11-ci günlərində icra olunur. Prosedur 5 dəqiqədən 20 dəqiqəyə qədər davam edir və prosedurdan sonra xəstəxanada yatmaq məcburiyyəti yoxdur.

Göstərişləri:


• Qadın sonsuzluğu;
• Adəti düşüklər;
• Uşaqlığın xoş və ya bədxassəli şişləri;
• Uşaqlığın submukoz mioması;
• Uşaqlıqdaxili poliplər;
• Uşaqlıq borularının keçiriciliyi pozulduqda;
• Uşaqlığın anadangəlmə qüsurları;
• Uşaqlıqdaxili bitişmələr;
• Döl yumurtası və cift qalıqlarına şübhə olduqda;
• Uşaqlıqdaxili vasitələrin natamam xaric edilməsi zamanı;
• Sidik-cinsiyyət fistulları.

Aparılma texnikası:


Histeroskop cihazı ilə uşaqlıq boşluğuna girilir və boşluq məhlul ilə tam doldurulur. Görüntü olduğu kimi ekranda əks olunur və uşaqlıq daxilində olan hər hansı bir patologiyanı çox asanlıqla görmək olur. Bu zaman uşaqlığın boru uclarına da baxmaq və pasientin vəziyyətini maksimal dərəcədə obyektiv qiymətləndirmək mümkündür.

Müayinədən sonra 2 - 3 gün ərzində olmaz:


- Tamponlardan istifadə etmək
- Cinsi əlaqədə olmaq
- Uşaqlıq yolunu duşla yumaq
- Vanna qəbul etmək
- Hovuzda çimmək
- Buxar vannasından və saunadan istifadə etmək

Əgər prosedur vaxtı polip xaric edilmişdirsə və ya uşaqlığın diaqnostik qaşınması aparılmışdırsa, 2 ay hamiləlikdən qorunmaq məsləhət görülür.
Diaqnostik histeroskopiyadan sonra menstruasiya bir qədər ləngiyə bilər. Lakin, biopsiya və ya uşaqlıq divarının qaşınması aparılmışsa, aybaşı daha gec 1 ay və ya daha artıq müddət sonra baş verir.