Məqalələr

Ovulyasiyanın əlamətləri

Əziz oxucular texniki cəhətdən hamiləlik üçün əlverişli vaxt 12 saatdan 24 saata kimi hesab olunur. Beləki "ovulyasiya" (latınca,ovum-yumurta demekdir) – yetişmiş follikulun partlaması nəticəsində yumurta hüceyrənin qarın boşluğuna düşməsinə deyilir.

Yenidoğulmuş qız uşağında follikulların sayı bir milyona yaxın olur,ancaq cinsi yetişkənlik dövrünə qədər onlardan 300-400 mini qalır, bunlardan isə cəmi 300-400 ədədi bütün reproduktiv dövrdə yetişir.

Ovulyasiya adətən menstural siklin ortasında ,yəni mensturasiyadan təxmini iki həftə əvvəl baş verir. Follikulun yetişməsi və ovulyasiyanın həyata keçməsində hipofizin ön payının hormonları mühüm rol oynayır. Follikulların yetişməsində FSH(follikul stimulə edici hormon), ovulyasiyanın baş verməsində isə, digər hormonlarla yanaşı, LH(lüteinləşdirici hormon) əsas yeri tutur.Yumurta hüceyrənin mayalanması uşaqlıq borusunun ampulyar hissəsində baş verir. Mayalanmış yumurta hüceyrə bir neçə günə uşaqlığa düşərək onun divarına implantasiya olunur. Əgər mayalanma baş verməzsə, yumurta hüceyrə 12-24 saat ərzində məhv olur.

Ovulyasiyanın subyektiv və obyektiv əlamətləri var. Subyektiv əlamətlərə qarının aşağı nahiyəsində ağrı, cinsi istəyin artması,obyektiv əlamətlərə isə, uşaqlıq yolundan seliyin artması, qatılaşması,dartılması, bazal temperaturun ovulyasiya günü düşüb sonra isə yüksəlməsi aid edilir. Bu əlamətlərə əsasən qadın özü ovulyasiyanın olmasını anlaya bilər.Lakin ovulyasiya testi, USM (ultasəs müayinəsi), qanda hormonların miqdarını yoxlamaqla ovulyasiyanın baş verməsini dəqiqləşdirmək olar. Ovulyasiya testi çox sadə test olub evdə istifadə oluna bilər. Bu test sidikdə LH-ın(lüteinləşdirici hormon) təyininə əsaslanır.Əgər mensturasiya requlyardısa,test növbəti mensturasiyaya 17 gün qalmış aparılmağa başlanılır. Məsələn, tsikl 28 gündürsə,11 günündən başlanır. Test gündə 1 və ya 2 dəfə (səhər –axşam), təxmini 5-6 gün istifadə oluna bilər.Test hər

gün eyni vaxtda tətbiq olunmalıdır. Sidik ifrazı test tətbiq olunana qədər 4 saat saxlanmalıdır. Testdən əvvəl bol maye qəbul etmək olmaz. Çünki bu zaman sidikdə LH-ın səviyyəsi azala bilər. Ovulyasiya testi USM ile birlikdə aparıldıqda daha effektiv olur.Belə ki,bu artıq test istifadəsinin qarşısını alır. USM –də follikulun ölçüsü 18-20 mm olduqda test tətbiq olunmağa başlanılır.Testdə iki xəttin olması LH –ın yüksəlməsini göstərir. Xətt əvvəl solğun olur,sonra isə LH-ın artması ilə parlaqlaşır. Əgər bundan sonra 48 ərzində cinsi əlaqə olarsa,mayalanma riski yüksəkdir. Nəzərə almaq lazımdır ki, ovulyasiyanın vaxtı hər qadında eyni deyil.Hətta, bir qadında da aylara görə fərq edə bilər. Bəzi hallarda isə,xüsusən qadının tsikli çox qısadırsa,ovulyasiya menstural qanın gəlməsinin son günlərinə düşə bilər. Bəzi tədqiqatlarda, ovulyasiyanın günlərinin dölün cinsinə təsir etməsi də göstərilir. Belə ki,ovulyasiya günü mayalanma baş verərsə,oğlan,digər günlərdə isə qız uşağı olacağı təxmin olunur.

 

Qeyd edək ki: Dr. Leyla Məmmədli fəaliyyəti ərzində müxtəlif kurslar, o cümlədən Türkiyə Respublikasında histeroskopiya, laproskopiya, mama-ginekologiya sahəsində USM və digər bu sahələrdən kurslar keçmiş və öz biliklərini davamlı olaraq təkmilləşdirməyə cəhd göstərmişdir. Leyla xanım hal-hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında çalışır və elmi-pedoqoji fəaliyyətlə məşğul olur.

 

Dr. M.Leyla

Mama-ginekoloq

ATU-nin Tədris Cərrahiyyə Klinikası / Mamalıq və

Ginekologiya Kafedrası


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.