Məqalələr

Dismenoreya-mensturasiya zamanı ağrılar

Dismenoreya-mensturasiya zamanı ağrılar
Dismenoreya-mensturasiya zamanı ağrıların meydana çıxması ilə xarektrizə olunan patoloji haldır. Mensturasiya olan qadınların 60-70% -də bu hala rast gəlinir.

Birincili və ikincili dismenoreya ayırd edilir: Birincili dismenoreya yeniyetmə qızlarda,ilk menturasiyadan 1-1,5 il sonra ortaya çıxır.Adətən,astenik bədən quruluşlu, emosional həssas qızlarada daha çox rast gəlinir. Birincili dismenoreyanın səbəbi endometriumda prostaqlandinlərin çox miqdarda sintez olunması və bu prostoqlandinlərin uşaqlığın düz əzələsini qıcıqlandırmasıdır.Bu zaman uşaqlığın əzələsində yığılmalar əmələ gəlir ki,bunlar da ağrı şəklində özünü göstərir.Birincili dismenoreyada cinsiyyət orqanlarında heç bir üzvi dəyişiklik müşahidə olunmur.Mensturasiyanın ilk 2 günü qarının aşağı nahiyəsində belə,xarici cinsiyyət orqanlarına, qasığa, buda vuran sancışəkilli ağrılar meydana çıxır. Ağrıdan başqa,ürəkbulanma,qusma,ishal,bayılma,başağrısı kimi də əlamətlər də ola bilər.Bəzi hallarda isə, bu əlamətlərdən hər hansı biri özünü daha qabarıq göstərərək ağrının önünə keçir.

İkincili dismenoreya isə kiçik çanaq orqanlarında baş verən üzvi dəyişikliklərlə əlaqədar ortaya çıxır.Ən çox, 30 yaşdan yuxarı,anemnezində abortlar,iltihabi xəstəliklər olan,doğmuş qadınlarda müşahidə olunur.Həmçinin endometrioz,miom,uşaqlıq daxili spiral,poliplər və s. səbəblərdən də yarana bilər.Lakin, ən geniş yayılmış səbəbi endometriozdur.Endometrioz zamanı, ağrı mensturasiyaya 2-3 gün qalmış başlaya və bütün mensturasiya zamanı davam edə bilər.Bu ağrılar adətən, sancışəkilli olmur və düz bağırsağa irradiasiya edir.Uşaqlıqdaxili spiral zamanı da endometriumda prostoqlqndinlərin sintezi artdığından ağrı əmələ gələ bilər.Həmçinin, submukoz miomlar zamanı kəskin, sancışəkilli ağrılar ortaya çıxır. İkincili dismenoreyanın səbəblərindən biri də qadın cinsiyyət orqanlarında olan qüsurlardır.Bu qüsurlar adətən,menstural qanın uşaqlıqdan xaric olmasına maneələr yaradaraq ağrıya səbəb olur.

Həm birincili,həm də ikincili dismenoreyanın diaqnostikasında USM (ultrasəs müayinəsi) mühüm rol oynayır.Bu müayinə vasitəsilə ilk növbədə,uşaqlıqdaxili patologiyalar istisna olunur. Uşaqlıq qüsurının aşkarlanmasında uşaqlığın rentgenoloji müayinəsi – histerosalpinqoqrafiya mühüm rol oynayır. Histroskopiya və laproskopiya həm diaqnostika , həm də müalicə məqsədilə istifadə olunur.

Dimenoreyanın birincili və ikincıli olmasından asılı olaraq müalicəsi fərqli aparılır.Birincili dismenoreya əsasən medikamentoz yolla müalicə olunduğu halda,ikincili dismenoreya zamanı çox hallarda cərrahi müdaxiləyə ehtiyac duyulur.