Məqalələr

Endometriumun ablasiyası (rezeksiyası)

Endometriumun ablasiyası (rezeksiyası)
Residivləşən və anemiyaya gətirib çıxaran uşaqlıq qanaxmaları ( menorragiya, metrorragiya) bir çox hallarda uşaqlığın xaric edilməsinə göstəriş olur. Hormonal müalicə həmişə effektiv olmur və bəzi qadınlara hətta, əks göstəriş olur. Uzun illər tədqiqatçılar uşaqlıq qanaxmalarının elə müalicə üsulullarını axtarmışlar ki, son nəticədə histerektomiya ( uşaqlığın xaric edilməsi) əməliyyatı aparılmasın.

Endometriumun ablasiyası - endometriumun müxtəlif üsullarla (mono – və biopolyar elektrocərrahiyyə, lazer enerjisi, mikrodalğa və kriocərrahiyyə və s.) bütün qatlarının dağıdılmasıdır. Bu zaman histoloji muayinə üçün toxuma götürmək mümkün deyil.

Endometriumun rezeksiyası – endometriumun bütün qatlarının elektrocərrahiyyə üsulu ilə, kəsici ilgək vasitəsilə kəsilməsidir.Əməliyyatın bu növündə histoloji analiz üçün toxuma götürmək mümkündür. Endometrium yüksək regenarasiya (bərpa olunma) xüsusiyyətinə malikdir, ona görə də bazal qat və vəziləri dağıtmaqla yenidən bərpa olunmanın qarşısını almaq lazımdır.

Ablasiyaya göstərişlər:

1) Konservativ müalicəyə tabe olmayan residivləşən, bol miqdarda, uzunmüddətli və tez- tez baş verən uşaqlıq qanaxmaları

2) Pre- və postmenopauzada olan qadınlarda endometriumun residivləşən hiperplastik prosesləri

3) Postmenopauza dövründə endometriumun hormonal müalicə aparmaq mümkün olmayan və histerektomiya riski yüksək olan hallarda.

 

Ablasiya əməliyyatını icra etməyi qərara almazdan əvvəl uşaqlıq qanaxamalarının digər səbəblərini istisna etmək lazımdır. Ona görə də əməliyyat öncəsi müayinələrə qalxanabənzər vəzinin, hormonal statusun müayinəsi də daxil olmalıdır. Çox hallarda abalasiya premenopauzal dövrdə olan qadınlarda aprılır,çünki bu əməliyyatda endometrium rezeksiya olunduğundan hamiləliyin baş verməsi mümkün olmur.

Endometrium ablasiyasının aparılma texnikası. Ablasiya ginekoloji kresloda vena daxili və ya epidural anesteziya ( ağrısızlaşdırma ) altında aparılır. Xarici cinsiyyət üzvləri silindikdən sonra uşaqlıq yoluna güzgü qoyulur və uşaqlıq boynu gülləvari maşa ilə tutulur. Sonra uşaqlıq boşluğu zond vasitəsilə ölçülür. Uşaqlıq boynu kanalı xüsusi genəldicilər vasitəsilə genişləndirilir və uşaqlıq boşluğuna histeroskop yeridilir. Histeroskop

vasitəsilə həm uşaqlıq divarı və boru uclarına baxmaq, həm ablasiyanı həyata keçirmək mümkündür.

.

Endometrium ablasiyasına əks göstərişlər:

· Endometriumun karsinoması (xərçəngi)

· Miometriumun çapığı

· Infeksion xəstəliklərin kəskin fazası

· Uşaqlıqdaxili spiralın olması

· Hamiləliyin olması və gələcəkdə planlaşdırılması

· Uşaqlıq anomaliyaları


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.