Məqalələr

Histerorezektoskopiya nədir?

Histerorezektoskopiya nədir?

Uşaqlıq daxili patologiyalar


Uşaqlıq daxili patologiyalara uşaqlığın müxtəlif anadangəlmə və qazanılma inkişaf qüsurları və xəstəlikləri aid edilir. Bunlara aiddir:
• Submukoz mioma düyünləri,
• Uşaqlığın selikli qişasının qalınlaşması (endometriumun hiperplaziyası və polipləri),
• Uşaqlıq boşluğunda fibroz bitişmələr (uşaqlıqdaxili sinexiyalar),
• Uşaqlıqdaxili arakəsmə

Histeroskopiya uşaqlığın daxili səthini müayinə etməyə imkan verir. Bütün uşaqlıqdaxili patologiyaların diaqnozu histeroskopiya ilə təsdiqləndiyi kimi, həm də onları histerorezektoskopiya vasitəsilə müalicə etmək mümkündür.

Histerorezektoskopiya


Histerorezektoskopiya - histeroskopik əməliyyat olub, xüsusi elektrocərrahi alət – histerorezektoskop vasitəsilə həyata keçirilir.
Uşaqlıq qanaxması və reproduktiv funksiyanın pozulması (sonsuzluq, hamiləliyin başa çatmaması) şikayətləri olan xəstədə submukoz mioma aşkarlanarsa, histerorezektoskop vasitəsilə uşaqlıq boşluğu tərəfdən mioma kəsilərək xaric edilir. Bu zaman uşaqlıqda çapıq toxuması qalmır ki, bu da hamiləlik planlayan xəstələr üçün çox böyük əhəmiyyətə malikdir.

Uşaqlıqdaxili sinexiyalar ( bitişmələr ) selikli qişanın travma və ya infeksiyaya qarşı reaksiyası kimi əmələ gələn birləşdirici toxuma atmalarıdır. Bitişmələr menstural və reproduktiv funksiyanın pozulmasına ( amenoreya, sonsuzluq, hamiləliyin başa çatmaması ) gətirib çıxara bilərlər. Biz bitişmərin kəsilməsini histerorezektoskopiya vasitəsilə görmə nəzarəti altında, endometriumun qalan hissələrinə zərər vermədən həyata keçiririk.

Endometriumun hiperplaziyası


Endometriumun hiperplaziyası uşaqlığın selikli qişanın diffuz ( yayılmış ) qalınlaşmasına deyilir. Endometriumun polipi isə, selikli qişanın ancaq lokal ( hissəvi ) qalınlaşmasıdır. Endometriumun hiperplastik prosesləri dishormonal və iltihabi dəyişikliklər nəticəsində inkişaf edir. Bu zaman xəstələr menturasiya pozğunluğu – qanaxma, mensturasiya arası dövrdə ifrazat, gur və uzun müddətli mensturasiya, həmçinin qarının aşağı nahiyəsində ağrılardan şikayət edirlər. Rezektoskop vasitəsilə endometriumun dəyişilmiş sahələrinin xaric edilməsi ( polipin kəsilməsi,endometriumun rezeksiyası) və ya endometriumun destruksiyası ( endometriumun ablasiyası) əməliyyatlarını icra etmək mümkündür. Uşaqlıqdaxili arakəsmə andangəlmə inkişaf qüsuru olub, bu uşaqlıq boşluğunu 2 hissəyə ayırır. Belə anomliyanın olması bətndaxili inkişafın birinci üçaylığında zədələyici amillərin təsirindən və ya genetik pozğunluqlar nəticəsində baş verir. Uşaqlıqdaxili arakəsmə sonsuzluq və düşüklərə səbəb olur. Arakəsmənin histerorezektoskop vasitəsilə kəsilməsi zamanı, uşaqlıqdaxili boşluq elə yardılmalıdir ki, hamiləlik normal həftələrə qədər inkişaf edə bilsin. Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda bir xəstədə bir neçə patologiya eyni vaxtda olur. Məsələn, mioma,adenomioz,uşaqlıqdaxili bitişmələr,yumurtalığın kistası və s. eyni vaxtda rast gəlinə bilər. Bütün bu xəstəlikləri isə, sadəcə bir əməliyyatla ( laparoskopiya + histerorezektoskopiya), eyni zamanda korreksiya etmək mümkündür.