Məqalələr

Uşaqlıqdaxili poliplər

Uşaqlıqdaxili  poliplər

Polip nədir ?


Poliplər endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir. Onlar endometriumun hər hansı bir nahiyəsinin qalınlaşması və normadan artıq böyüməsi sayəsində meydana çıxırlar. Poliplər tək və ya çoxsaylı olmaqla uşaqlığın müxtəlif nahiyələrində yerləşə bilər. Ən çox uşaqlıq dibi və boru uclarında yerləşirlər. Ölçüsü bir neçə ml.-dən bir neçə sm.-ə qədər olur. Poliplər ya incə ayaqcıq, ya da qalın əsasla endometriuma bağlanırlar. Bəzən isə, ayaqcıq o qədər uzun olur ki, polip boşluqdan uşaqlıq yoluna sallanır. Hər yaşda qadında meydana çıxa bilər, ancaq ən çox 40-50 yaşlı qadınlar arasında müşahidə olunur.

Polipin əlamətləri


Poliplərin ən əsas kliniki əlaməti mensturasiya pozğunluğunun əmələ gəlməsidir. Menstural pozğunluqlar özünü müxtəlif şəkildə göstərir. Belə ki, bu zaman mensturasiyanın tez–tez və düzənsiz olması, menstural qanın normadan çox olması, mensturasiyalar arası dövrdə qanaxmaların olması kimi əlamətlər ortaya çıxır. Bunlardan əlavə, sonsuzluq, menopauzada olan qadınlarda uşaqlıq qanaxması, polipin böyük ölçüsündə sancışəkilli ağrı əlamətləri də meydana çıxa bilər.

Polipin yaranma səbəbləri


Poliplərin meydana çıxma səbəbi dəqiq bilinmir. Ancaq onların yaranmasında hormonların rolunun olması dəqiqdir. Burda əsasən, estrogen hormonunun aktivliyi mühüm rol oynayır. Süd vəzi xərçənginin müalicəsində istifadə olunan tamoksifen preparatı da uşaqlıqdaxili polipə səbəb ola bilər.

Polipin müalicəsi


Polip diaqnozunu qoymaq üçün bir sıra müayinə üsullarından istifadə olunur. Bunlardan ən sadəsi və ən çox istifadə olunanı transvaginal ultrasəs müayinəsidir. Ancaq bəzi hallarda USM yanıla bilər. Bu zaman diaqnozu dəqiqləşdirmək üçün sulu ulrasəs müayinəsi (histerosonoqrafiya) metodundan istifadə olunur. Polipin dəqiqləşdirilməsinin ən dəqiq müayinə üsulu isə, histeroskopiya üsuludur.Histeroskopiya həm diaqnostika, həm də cərrahiyyə məqsədilə istifadə olunur. Histeroskopiya vasitəsilə uşaqlıq boşluğunu ekranda görmək və eyni vaxtda histeroskop vasitəsilə aşkarlanan polipi xaric etmək mümkündür. Əvvəllər polipi xaric etmək üçün ən çox istifadə olunan cərrahi metod uşaqlıq boşluğunun küretajı idi. Bu metod hal-hazırda da istifadə olunur .Ancaq küretaj vasitəsilə polipi həmişə xaric etmək olmur. Histeroskop vasitəsilə isə, bilavasitə gözlə görmək mümkün olduğundan xaric edə bilməmək ehtimalı da yoxdur. Histeroskopiya çox yüngül cərrahiyyə əməliyyatı olub, adətən xəstə bu əməliyyatdan 2 saat sonra evə yazılır.

Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.